CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan yoxsulluğa qarşı mübarizədəki uğurlarına görə mükafat qazanıbmış

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidЖенщина на проселочной дороге, фото из архива
Женщина на проселочной дороге, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat naziri orta və uzunmüddətli inkişaf perspektivlərinə uyğun olaraq, Azərbaycan və BMT arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetləri üzrə fikirlərini bölüşüb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 yanvar - Sputnik. Azərbaycan yoxsulluğa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görülüb. Ölkəmizin qazandığı iqtisadi uğurlar digər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Azərbaycan BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsinin davamı olaraq BMT tərəfindən 2016–2030-cu illər üçün təsdiqlənmiş yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri Sazişinə qoşulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” barədə məlumat verərək, bu sənədin “heç kimin kənarda qalmaması”, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanacağını bildirib.

İqtisadiyyat naziri orta və uzunmüddətli inkişaf perspektivlərinə uyğun olaraq, Azərbaycan və BMT arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetləri üzrə fikirlərini bölüşüb.

Xəbər lenti
0