Ölkəyə turist cəlb etmək üçün daha bir addım atılıb

© Sputnik / Irade JELILAbşeron Milli Parkının ərazisi
Abşeron Milli Parkının ərazisi - Sputnik Azərbaycan
Abunə olmaq
İlk dəfə olaraq Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, Azərbaycanın milli parklarının ekoturizm marşrutlarını və nadir təbiət mənzərələrini əks etdirən Azərbaycan və ingilis dillərində yeni kitab nəşr edilib. Kitabda ilk dəfə olaraq Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib. Turistlər üçün yol göstəricisi sayılan və ərazi haqqında əvvəlcədən məlumatlanmaq imkanı yaradan kitabda ekoturizm marşrutlarının məsafəsi, marşrut üzərindəki xidmət məntəqələri və yaxınlıqdakı müxtəlif obyektlər barədə məlumat verilib.

Xəbər lenti
0