01:40 23 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Yaşayış binasının tikintisi, arxiv şəkli

Tikinti bazarında qiymətlər artacaq? - Ekspert şərh edir

© Sputnik / Anar Mustafayev
AZƏRBAYCAN
Qısa URL
2607 0 0

Təklif olunan normativlərlə bağlı məsələyə baxılsa da, bu dəyişikliklər hələ də tikinti şirkətlərini qane etmir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. "Son aylar ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə tikinti şirkətləri arasında bəlli ziddiyyətlər yaranıb. Bəzi normativlər çoxdan olsa da, ötən ildən etibarən nəzarətin Arxitektura Komitəsinə verilməsi müəyyən fikir ayrılıqlarını ortaya çıxarıb. Həmin normativlər tikinti şirkətlərinin maraqlarına uyğun olmadığına görə bunun iqtisadiyyata gələcəkdə böyük zərər vuracağı gözlənilir. Eyni zamanda, şəhərin yenilənməsi, köhnə binaların sökülməsi məsələsində də bu problemlərin əksini görə biləcəyik".

Bu barədə durumu Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bildirib ki, normativlərin dəyişilməsi ilə bağlı müəyyən addımlar da effektsiz olacaq: "Artıq tətbiq olunan bu normativlərlə bağlı 100-dən artıq tikinti şirkəti Prezident Administrasiyasına müraciət edib. Təklif olunan normativlərlə bağlı məsələyə baxılsa da, bu dəyişikliklər hələ də tikinti şirkətlərini qane etmir. Yəni əvvəl 14 min kvadrat metrdə tikintiyə icazə vardısa, indi bu rəqəm 25 min kvadrat metrədək artıb. Lakin bu da tikinti şirkətlərinin maraqlarına uyğun deyil. Hesab edirik ki, normativlərin dəyişilməsinə baxmayaraq, bu məsələlər hələ də tikinti şirkətlərinin maraqlarına uyğun olmayacaq".

"Son iki ildə tikinti və daşınmaz əmlak bazarında öncəki illərə nisbətən ciddi irəliləyişlər gözə çarpır. Bu dəyişikliklər özünü inşaatın həcminin artmasında, əmlak bazarının aktivliyində də göstərir. Lakin bu normativlərin tətbiqi, təbii ki, tikintinin həcmini azaldacaq. Bazarda tələbata uyğun təklifin olmaması isə qiymət artımına səbəb olacaq", - deyə ekspert əlavə edib.

Xatırladaq ki, ötən ildən etibarən tikintilərə icazələrin verilməsi Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. Həmin vaxtdan etibarən isə mövcud sərt normativlərin tətbiqinə başlanılıb.

Əsas mövzular