CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günü paytaxtda yay havası olacaq

© AFP 2023 / DENIS CHARLETУличный термометр, фото из архива
Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti təşkil edəcək

BAKI, 8 may - Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Güclü külək nəticəsində magistral yolun kənarındakı ağaclar qırılıb  - Sputnik Azərbaycan
HADİSƏ
Mayın ilk bazar günündə təbiət qoynunda istirahət etmək çətin olacaq

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti təşkil edəcək. 

Xəbər lenti
0