Hərbçilərimiz beynəlxalq təlimdə iştirak edirlər - VİDEO

© AR Ministry of DefenseHərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər
Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər

BAKI, 8 fevral — Sputnik. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən, hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər. 

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.

Xəbər lenti
0