20:06 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Seysmoqraf

Təkanların nə qədər davam edəcəyi açıqlandı

CC BY 2.0 / lora_313 / Kilauea Seismographs
AZƏRBAYCAN
Qısa URL
27 0 0

"Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək"

BAKI, 9 fevrl – Sputnik. Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda afterşokların qeydə alınması hələ də davam edir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, bu ərazilərdə hiss edilməyən yeraltı təkanlar baş verir: "Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ fevralın 6-da saat 06:25:50-də Pirqulu stansiyasından 9 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Əsas mövzular