06:55 17 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Tütündən imtina et mobil aplikasiyasının təqdimatı və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkminləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib

Hər il 6 milyon insan tütünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir

© Sputnik / Nigar Maharram
AZƏRBAYCAN
Qısa URL
19 0 0

2030-cu ildə isə hər il belə ölümlərin 8 milyon olacağı proqnozlaşdırılıb

BAKI, 16 yanvar - Sputnik. "Tütündən imtina et" mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkminləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib. 

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı Azərbaycan üzrə statistikanı təqdim edib. 

Tütündən imtina et mobil aplikasiyasının təqdimatı və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkminləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib
© Sputnik / Nigar Maharram
"Tütündən imtina et" mobil aplikasiyasının təqdimatı və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkminləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib

O bildirib ki, hər il Azərbaycanda 1 milyon 400 mindən artıq insan siqaret çəkir: “Bu şəxslər əgər tütündən istifadəni dayandırmazsa, onların yarısı 70 yaşdan daha tez dünyasını dəyişəcək".

H.Hatmancı qeyd edib ki, hər il dünyada 3 milyondan artıq insan tütündən istifadəyə görə dünyasını dəyişir: "Bəzi işbazlar qazancları üçün tütündən istifadənin geniş yayılmasının tərəfdarıdır. Lakin bu, sağlamlığımız üçün ciddi təhdiddir. Həmin işbazların imkanlarını genişləndirməsinə imkan verməməliyik".

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin Sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə Azərbaycanda tütün əleyhinə aparılan mübarizələrdən danışıb: "Bu gün Azərbaycanda tütünlə mübarizə aparmaq üçün müxtəlif layihələr icra edilir. “Tobacco.Az” saytı yaradılıb və burada geniş məlumatlar əksini tapıb. “No Smoke Selfie” aplikasiyası yaradılıb. Bundan başqa ÜST-ün "Empower" adlı xüsusi proqramı icra olunur. Lakin bütün bunlara baxmayaraq Azərbaycanda da tütün epidemiyası yayılır".

T.Musayev tütünün yaratdığı zərərlərə görə ölənlərlə bağlı statistikanı da təqdim edib: "Hər il dünyada 6 milyon insan tütünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir. 2030-cu ildə isə hər il belə ölümlərin 8 milyon olacağı proqnozlaşdırılıb". 

T.Musayev tütün məhsullarına aksiz vergisinin tətbiqindən, idxaldan da söz açıb: "Bu məhsullara aksiz vergisinin tətbiqi alqışlanacaq bir addımdır. Bununla belə, istifadəni azaltmaq üçün idxal da 600-dən 200-ə endirilib".

Daha sonra İSİM-in Səhiyyə Siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edib. İndiyədək təşkil olunan aksiyalardan söz açıb: "Müxtəlif vaxtlarda "Siqaret alma, alma al" aksiyası keçirtmişik. Bu aksiya çərçivəsində biz siqareti şəxslərdən alıb, əvəzində onlara alma hədiyyə etmişik. Bundan başqa, "Tütünsüz dünya yarat" aksiyasını həyata keçirmişik".

Tədbir iştirakçısı, həmçinin media ilə qurulan əlaqələrdən də danışıb: "Tütün əleyhinə təbliğat aparmaq üçün media ilə əlaqə mütləqdir. Artıq tütün əleyhinə təbliğat aparmaq üçün ictimai yayımçı 90 dəqiqədən az olmayaraq çarx, proqramlar hazırlayıb 1 ayın yekununda Milli Televiziya və Radio Şurasına təqdim etməlidir. Bunun da müəyyən effektinin olacağını düşünürük".

"Müəyyən müddətdə ASAN Xidmətdə tütündən imtinaya dair səyyar kabinet də yaradılmışdı. Bu səyyar kabinetə müraciət edənlər az deyildi" – deyə Ş.Mirzəzadə qeyd edib.

Tədbirin sonunda "Tütündən imtina et" aplikasiyası və video roliklər nümayiş olunub.

Əlaqədar

Tütün sahəsində işləyən şəxsi ilan sancdı
Tütün məhsullarının qiymət artımı davam edəcək
Tütün məhsullarının qiymətlərinin qalxması xəbəri təsdiqini tapdı
Hüseynov: “Bazardakı tütün məmulatlarının 10 faizi qaçaqmal yolu ilə gətirilib”
Teqlər:
dəyirmi masa, Ümumdünya Səhiyyə Təşkilatı, siqaret, tütün

Əsas mövzular