12:25 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Самолет AZAL

Azərbaycan mülki aviasiya üzrə Avropa və MDB-də ən yüksək nəticə əldə edib

© AZAL
AZƏRBAYCAN
Qısa URL
19 0 0

Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3% irəliləyiş əldə edib

 

BAKI, 12 dekabr — Sputnik. Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib.

2-11 iyul 2018-ci il tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri bəlli olub.

Bu nəticələrə görə, Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3% irəliləyiş əldə edib.

4-5 dekabr 2018-ci il tarixlərində Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda təşkil edilmiş görüşdə Büronun regional direktoru Luis Fonseka de Almeyda Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyətini təbrik edərək Azərbaycanın əldə etdiyi bu tərəqqinin 2018-ci ildə region üzrə ən yüksək nəticə olduğunu qeyd edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Arif Məmmədov L.F. Almeydaya təbrikə görə təşəkkürünü bildirərək, ölkəmizdə aviasiya sahəsində təhlükəsizliyin təmin edilməsində daha yüksək nailiyyətlərin əldə edilməsi istiqamətində bundan sonra da ICAO ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Əlaqədar

Hava limanı yolunda ölümlə nəticələnın ağır qəza
AZAL bu dəfə də Küveytə aparacaq
Hava limanı güclü qar səbəbilə müvəqqəti bağlandı
AZAL səkkiz ayın hesabatını verdi

Əsas mövzular