18:18 17 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9350
İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

© Official web-site of President of Azerbaijan Republic
AZƏRBAYCAN
Qısa URL
15 0 0

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

BAKI, 11 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirib. 

İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
© Official web-site of President of Azerbaijan Republic

İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarının həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirib. Ölkələrimizin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlətimizin başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu deyib. Prezident İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, Prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti ilə yenidən görüşməkdən, dövlətimizin başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və dərin mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini deyib və Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar

İlham Əliyev bir sıra rəsmi görüşlər keçirib
İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev məşhur futbolçu Robert Pireslə görüşüb
İlham Əliyev tanınmış mədəniyyət xadimini mükafatlandırıb
Prezident İlham Əliyev Rusiyada işgüzar səfərdədir
Teqlər:
prezident, qəbul, sərhəd qoşunları, İran, İlham Əliyev

Əsas mövzular