20:34 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Разрушенная историческая мечеть Аль-Нури

Azərbaycanlı uşaqların İraqdan geri qaytarılmasını ləngidən səbəblər bilindi

© AP Photo / Felipe Dana
AZƏRBAYCAN
Qısa URL
4972 0 0

Səfirlik: İŞİD-çilərin uşaqlarının ölkəyə qaytarılması istiqamətində iş aparılır

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. İraqda vəziyyət sadə deyil, azərbaycanlı uşaqları İŞİD terror təşkilatından xilas edərək ölkəyə qaytarmaq işini başa çatdırmaq üçün səbrlə hərəkət etmək lazımdır. Bunu Sputnik Azərbaycan-a AR-nın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.

Xatırladaq ki, hələ ötən il Azərbaycanın İraqdakı səfirliyi Mosulun radikal islamçılardan təmizlənməsindən sonra İraq hökumətinin əlinə keçmiş azərbaycanlıların, o cümlədən silahlıların siyahısını Bağdadın müvafiq strukturlarına təqdim etmişdi. Həmin siyahıda silahlıların həyat yoldaşlarının da adları var idi. O vaxt Qafarov bildirmişdi ki, qadın və uşaqların hərbi əməliyyatların keçirildiyi ərazilərdən qaytarılması üzrə komissiyanın məlumat bazasında çox sayda azərbaycanlının adı var. 

AR-nın İraqdakı müvəqqəti işlər vəkilinin sözlərinə görə, hazırda sözügedən ölkədə durğunluq hökm sürür, parlament seçkiləri keçirilib və bundan sonra Nazirlər Kabineti formalaşdırılır. Dövlətin ərazisində qeyri-sabitlik hökm sürür. Hələ iki gün əvvəl radikal islamçılar terror aktı həyata keçiriblər. 

"Biz güc strukturları ilə işləyirik və ona görə də nazirliklərin heyətinin tam komplektləşdirilməsini gözləyirik. Müvafiq dövlət strukturları ilə işi davam etdirir, uşaqların vəziyyəti haqqında müntəzəm məlumat əldə edirik. Azərbaycana göndərilməsi zəruri olan uşaqların siyahısını işçi qaydada nəzərdən keçiririk" - deyə Qafarov bildirib.

O, xatırladıb ki, artıq 20 uşaq Azərbaycana qaytarılıb və silahlıların digər azyaşlı uşaqlarının evə qaytarılması istiqamətində iş aparılır. Qeyd edək ki, əvvəllər İraq ərazisində olan azərbaycanlı uşaqların sayının 100 nəfərə yaxın olduğu bildirilirdi. Əgər 20 uşağın artıq ölkəyə qaytarıldığını nəzərə alsaq, deməli, İraqda təqribən 70-dən çox azyaşlı azərbaycanlı qalıb. 

Qeyd edək ki, AR Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyevin verdiyi məlumata görə, qadağan olunmuş "İslam dövləti" terror təşkilatının (İŞİD) tərkibinə 900-dək Azərbaycan vətəndaşının qoşulduğu güman edilir. Onlardan 85 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Azərbaycana qaytarılıb və cinayət məsuliyyətinə cəlb edilib.

İraqda azərbaycanlıların kütləvi şəkildə toplaşdığı ərazilərdə təxminən 300 azərbaycanlı öldürülüb.

Əsas mövzular