01:10 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı

Bu sahədə sahibkarın ümidi yalnız dövlətə qalıb

© Sputnik / İlham Mustafa
AZƏRBAYCAN
Qısa URL
5506 0 0

Sahibkarlar çıxış yolunu dövlətin bu sahəni nəzarətə götürməsində görürlər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Qərb bölgəsində xurma yığımı başlayıb. Yerli bazarda, demək olar ki, alıcısı olmayan bu məhsul, əsasən, Rusiya bazarlarına çıxarılır. Lakin bəzi işbazlar təsərrüfat sahiblərini aldatmağa çalışırlar. Xurmanın yığım müddətinin qısa, dərildikdən sonra tez xarab olmasından istifadə edərək, qiymətləri öz istəklərinə uyğun təşkil edirlər. Bağ sahibləri bu il xurmanın keçən ilkindən iki dəfə aşağı qiymətə alınmasından narazılıq edirlər.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xurma yığımının davam etdiyi Tovuz rayonunun Qovlar şəhərində bağ sahiblərinin şikayətlərini dinləyib. Təsərrüfat sahibi Lətif Hüseynov xurmanın bir yeşiyinin ötən il 6 manata yığıldığını, bu il isə yalnız 3 manata istənildiyini söyləyib.

Təsərrüfat sahibi Lətif Hüseynov
© Sputnik / İlham Mustafa
Təsərrüfat sahibi Lətif Hüseynov

"Məhsuldarlıq bu il pis deyil. Ancaq qiymət çox ucuzdur. Əvvəlki illər bir yeşiyini 5-6 manata satırdıqsa. İndi 3 manatdan yuxarı pul verən yoxdur. Başqa əlacımız olmadığından məcburuq ki, neçəyə istəyirlərsə, sataq".

Digər təsərrüfat sahibi Əli Hüseynov isə bu meyvənin bir neçə növünün olduğunu, "karalyok" növünün heç pula getmədiyini bildirib: "Əsasən "şişka", "yaponka" və "karalyok" növləri var. "Karalyoku" heç alan yoxdu. İki cərgə yığılan yeşiyi 2 manata istəyirlər. Normal satılan "şişka"-dı ki, keçən il 6 manata satmışıq, bu il 3 manatdan artıq qiymət vermirlər. Biz də 2-3 manata da olsa, məcbur qalıb satırıq. Çünki elə meyvədir ki, bu gün, sabah şaxta düşən kimi hamısı ağacın başında batıb gedəcək, quşlara yem olacaq".

Təsərrüfat sahibi Əli Hüseynov
© Sputnik / İlham Mustafa
Təsərrüfat sahibi Əli Hüseynov

Təsərrüfatçılar xurmanın tez xarab olan məhsul olduğunu, sifariş olmasa, dərməyin mənasızlığını deyirlər. Soyuducular isə şəxsi sahibkarlara məxsus olduğuna görə orda saxlamaq xurmanın satış qiymətindən daha baha başa gəlir. Bağçıların fikrincə, məhsul yığımı vaxtı bəzi işbazlardan xilas olmaq üçün dövlət bu sahəni də nəzarətə götürməlidir. Belə olduqda onlar məhsullarının normal satışını həyata keçirə biləcəklərini və xurmanın xarab olma riskinin azala biləcəyini fikirləşirlər.

Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı
© Sputnik / İlham Mustafa
Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı

"Yaxşısı budur, dövlət tərəfindən nümayəndə gələ, beh də verməsə belə, yaza, hesablaya, kimin həyətindən nə qədər məhsul çıxacağının qeydiyyatını apara. Məhsul da yetişəndə aparıb təhvil verib, pulumuzu alaq. Yaxud dövlət soyuducuları ola ki, məhsulumuzu ora yerləşdirək. Gündə bir bəhanə gətirib qiyməti salmaq istəyən işbazlardan da canımız qurtara" —deyə Kamran Ələkbərov çıxış yolunu belə izah edir.

Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı
© Sputnik / İlham Mustafa
Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı

Bağ sahiblərinin fikrincə, dövlət tərəfindən bu iş nəzarətə götürülsə, məhsulu nəinki Rusiya bazarlarına, eyni zamanda Avropa bazarlarına da çıxarmaq olar. Belə olduqda onlar il ərzində göz dikdikləri məhsuldan gəlir götürə biləcəklərinə ümid edirlər.

Kənd Təsərrüfatı eksperti Vahid Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, fermerlər bu işlə məşğul olduqları zaman düşünməlidirlər ki, nə əkib becərməldirlər ki, satışı zamanı problemlə qarşılaşmasınlar: "Qərb bölgəsində fermerlər düşünürdü ki, xurma və digər kənd-təsərrüfatı məhsulları istehsal edəcək, onları Rusiyaya aparıb satacaq və gəlir əldə edəcəklər. Ancaq düşünürəm ki, indiki bazar iqtisadiyyatı şəraitində belə bizne qurmaq düzgün deyil. Fermerlər bazarı müşahidə etməlii, indiki zamanda daha çox nəyə ehtiyacın olduğunu müəyyənləşdirməli və elə məhsul seçməlidir ki, bu məhsulun bir hissəsini soyuduclara yığıb mərhələli şəkildə sata bilsin".

Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı
© Sputnik / İlham Mustafa
Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı

Ekspert bildirir ki, bu məsələdə Kənd Təsərrüfatı nazirliyi də məsuliyyət daşıyır. Beləki, nazirlik elə bir şərait yaratmalıdır ki, Azərbaycan özü ərazaq məhsullarına, kənd təsərrüfatı məhsulların olan tələbatını özü ödəyə bilsin".

Məhərrəmli bildirir ki, ölkədə 180 min ton xurma istehsalı olunur və bu qədər məhsula ehtiyac yoxdur.

Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı
© Sputnik / İlham Mustafa
Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı

"Bu gün ölkədə ətə, südə, yumurtaya çox böyük ehtiyac var. Biz bu sahədə öz təlabatımızı ödəy bilmirik. Amma əkin sahələrin xurma və ya digər meyvələr əkilir. Təəssüf ki, bazarı yox. Fermerlər daxilə bazarda ehtiyac duyulan məhsullar istehsal etməlidir"- deyə Məhərrəmli qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir: "Liberal iqtisadiyyat dövründə qiymətlər bazarda tələb-təklif qanununa görə tənzimlənir. Lakin qiymətin formalaşmasında iştirak edən yeganə amil tələb və təklif deyil. Burada işbazların, fürsətcillərin, möhtəkirlərin asan yolla daha çox qazanc əldə etmək istəkləri də qiymətlərin formalaşmasına təsir edir".

Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı
© Sputnik / İlham Mustafa
Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı

Hüseynovun sözlərinə görə, Qərb bölgəsində xurmanın qiyməti ilə bağlı yaranmış situasiyanın səbəbi də budur. Bəzən işbazlar, vasitəçilər il ərzində əziyyət çəkib məhsul yetişdirən fermerdən qat-qat artıq qazanc əldə edirlər.

V. Hüseynov qeyd edib ki, fermer öz məhsulunu emala yönəltsə, həm işbazlara fürsət verməz, həm də daha çox qazanc əldə edə bilər: "Məsələn, xurma bəhməzi çox tələbat olan məhsullardan biridir, fermer xurmanı su qiymətinə satmaq əvəzinə bəhməz hazırlayıb sata bilər. Hazırda bəzi kiçik müəssisələr xurma qurusunu xaricə ixrac edirlər və bu məhsula xarici bazarlarda tələbat olduğunu bilirik. Təbii ki, fermerlər indiki problemlərlə üzləşməmək üçün məhsulu normal qiymətə realizə etməyin yollarını həm də özləri axtarmalıdır. Buraya yeni bazarların tapılması, ixrac imkanlarının sınanması və sair daxildir".

Əlaqədar

Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır
Dövlət qurumu sahibkarlara xəbərdarlıq etdi
Millət vəkilindən sahibkarlar barədə radikal təklif gəldi
Azərbaycanda böyük xeyriyyəçilik: Sahibkar sərvətini pulsuz paylayır

Əsas mövzular