Paşinyanın Azərbaycan barədə daha bir yalanı ifşa olundu - RƏSMİ

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistanın hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib"

BAKI, 17 sentyabr — Sputnik. “Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dedikləri barədə Sputnik Azərbaycan-ın sorğusuna Müdafiə Nazirliyi cavab verib. 

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib. 

"Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir" — cavabda vurğulanır.

Xəbər lenti
0