16:55 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
AZƏRBAYCAN
Qısa URL
139 0 0

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını gücləndirəcək layihələr müzakirə olunub

BAKI, 23 iyul — Sputnik. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.

Əlaqədar

Sensasiya: Ermənistan Rusiya ilə hərbi ittifaqdan çıxa bilər
"Rusiya hərbi bazası bizi Türkiyədən qoruyur" – Ermənistandan etiraf
Nazir göstəriş verdi: Hərbi hissələrdə mühafizə gücləndirilir
MTX xüsusi əməliyyat keçirdi, hərbi komissar tutuldu - Ermənistanda
Rusiyanın Ermənistandakı səfiri Gümrü hərbi bazasına gedib

Əsas mövzular