11:12 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
33910

Müdafiə Sənayesi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş keçirilib

BAKI, 11 iyul — Sputnik. İyulun 11-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin "Aeronautics" şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir müavini Yedidia Yaarini "Aeronautics" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolunun imzalanması

Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib. Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə "Aeronautics" şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış "AZAD Systems" müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.

Nümayəndə heyətinin başçısı Yedidia Yaarin səmimi qəbula görə minnətdarlığını bildirib. Sonda Müdafiə Sənayesi Nazirliyi ilə "Aeronautics" şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.

Əlaqədar

Azərbaycanlı deputatlar İsrailin hərəkətini tənqid etdi
İsrailin Azərbaycandakı keçmiş səfiri hər kəsin gözü qarşısında alçaldıldı
İsrailin Azərbaycana münasibəti bəlli oldu
Nəsirov: “Azərbaycanın addımları İsrailin əleyhinə yönəlməyib”
"İsrail Azərbaycanın atdığı addımların məqsədini gözəl anlayır"
Teqlər:
"Aeronautics" şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaari, nazir müavini, nümayəndə heyəti, Yəhya Musayev, Müdafiə Sənayesi Nazirliyi, İsrail

Əsas mövzular