16:43 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbul

Prezident İlham Əliyev AXC-nin qurucularından danışdı

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
298 0 0

Prezident İlham Əliyev bildirib ki, müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir

BAKI, 28 may — Sputnik. “1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycan çətin sınaqlardan keçdi”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbul
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbul

Prezident İlham Əliyev bildirib ki, müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyimiz ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir". 

Tarixçi-alim Nəsiman Yaqublu
© Foto : Nəsiman Yaqublunun şəxsi arxivindən

Dövlət başçısının sözlərinə görə, xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə haqlı olaraq fəxr edə bilər: "Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük, azadlıqsevər və mütərəqqi xalqdır".

İlham Əliyev bildirib ki, dövlət Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib: “Bir neçə il öncə Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi. Bu bir bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə etməkdən çətin olduğunu göstərir”.

Əlaqədar

İlham Əliyev iyulda Fransaya gedəcək
Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
İlham Əliyev iqtisadi cinayətkarlığa son qoyacaq qərar verdi
Vladimir Putin İlham Əliyevə məktub göndərib
İlham Əliyev kimləri əfv etdi - TAM SİYAHI

Əsas mövzular