09:15 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Milli Məclis

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olundu

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
369022

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib

BAKI, 1 may — Sputnik. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə medal təsis edilib. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Dəyişikliklə, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)" yubiley medalı təsis olunub. Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Əlaqədar

Xalq artisti Cümhuriyyətin yubileyinə silsilə konsertlər həsr edəcək
İskəndərov: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”
Prezident 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir
Teqlər:
medal, dəyişiklik, qanun, Milli Məclis, 100 illik yubiley, AXC, Azərbaycan Xalq Cümhuriyyəti

Əsas mövzular