14:35 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
43 0 0

Kansler: "Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır"

BAKI, 26 aprel — Sputnik. Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".

Əlaqədar

BMT baş katibi İlham Əliyevi təbrik etdi
Onlar da İlham Əliyevi təbrik etdilər
Dini konfessiya rəhbərləri İlham Əliyevi qələbə münasibətilə təbrik ediblər
İlham Əliyevi təbrik edənlərin ardı-arası kəsilmir
Çin lideri İlham Əliyevi təbrik etdi
Teqlər:
Almaniya Federativ Respublikası, Angela Merkel, Azərbaycan Respublikası, İlham Əliyev, kansler, prezident

Əsas mövzular