Azərbaycan prezidenti Anıtqəbiri ziyarət edib

Abunə olmaq
İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub

BAKI, 25 aprel — Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə — Anıtqəbirə gedib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkilləri çəkdirilib. Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti
0