17:16 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Yerevan

Ermənistan paytaxtında cəhənnəm yaşanır

© REUTERS / Hayk Baghdasaryan/Photolure
AZƏRBAYCAN
Qısa URL
512 0 0

Etirazçılar metroda qatarları hərəkət eləməyə qoymurlar

BAKI, 16 aprel — Sputnik. Ermənistanda polis, nəhayət, deputat Nikol Paşinyanın tərəfdarlarını metropolitendə qatarların hərəkətinə mane olmamaq üçün yola gətirə bilib. Sputnik Ermənistan-ın məlumatına görə, polisin səyi nəticəsində etirazçılar qatarların "Yeritasardakan" stansiyasından ayrılmasına icazə veriblər.

Polis mitinqçilərə bildirib ki, tunellər qatarlarla doludur və orada yaşlılar, körpə uşaqlar var. Onlar tuneldə havasızlıqdan əziyyət çəkirlər və uzun müddət orada qala bilməzlər.

Vaqonlar yerindən tərpənəndən sonra fəallar növbəti qatarın qarşısını kəsiblər. Nəticədə "Yeritasardakan" stansiyasının girişi bağlanıb.

Yerevan metropoliteninin rəhbərliyinin verdiyi məlumata görə, paytaxtın bir sıra metrostansiyalarında Nikol Paşinyan tərəfdarlarının etiraz aksiyası artıq başa çatıb. Hazırda metronun "Marşal Baqramyan" stansiyası metropoliten rəhbərliyinin təşəbbüsü ilə bağlanıb. Onlar baş verənlərlə əlaqədar olaraq, burada texniki işləri görürlər.

Xatırladaq ki, hazırda Yerevan metrosunun "Yeritasardakan" və "Respublika meydanı" stansiyaları bağlıdır. Metropoliten rəhbərliyi qrafikdənkənar işləməyə davam etdiklərini bildirib. Polisin köməyi ilə metronun işi hissə-hissə təmin olunur.

"Çox çətin və cəhənnəm şəraitində işimizi davam etdiririk" — deyə metropoliten rəhbərliyi bildirib.

Hələlik metronun "Dostluq" stansiyası açıqdır.

Xatırladaq ki, "Yelk" fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında aprelin 13-dən ölkə üzrə başlayan vətəndaş itaətsizliyi bu gün Yerevanda küçə və meydanların bağlanması ilə davam etdirilir. Tələbələr nəqliyyatın hərəkətini iflic ediblər. Onlar Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

Öz növbəsində hakim partiya bu gün Sarqsyanın baş nazirliyə namizədliyini irəli sürüb.

Əlaqədar

Ermənistan parlamentini “yandırdılar”: Sarqsyana qarşı etirazlar böyüyür - VİDEO
Ermənistan təxribat törətməkdə davam edir
Politoloq: “Ermənistan inanmalıdır ki, münaqişənin həlli vaxtıdır”
Ermənistan hökuməti istefa verdi
Teqlər:
Yerevan metrosu, "Yeritasardakan" stansiyası, Ermənistan, polis, mitinq

Əsas mövzular