23:00 12 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Şimali Koreyanın xarici işlər naziri Ri Yonq-ho

Bakıya sürpriz səfər olacaq

© AFP 2018 / Vilhelm STOKSTAD
AZƏRBAYCAN
Qısa URL
512 0 0

Kim Çen In Cənubi Koreya və ABŞ liderləri ilə görüşdən əvvəl başqa dövlətlərin dəstəyini almaq istəyir

BAKI, 3 aprel — Sputnik. Şimali Koreyanın xarici işlər naziri Ri Yonq-ho Çin səfərinin ardından cümə axşamı və cümə günü Azərbaycanın paytaxtı Bakıya səfər edəcək. O, həmçinin Rusiya paytaxtını da ziyarət edəcək.

Sputnik Türkiyə-nin məlumatına görə, bu barədə Cənubi Koreyanın informasiya agentliyi olan "Yonhap" məlumat yayıb. Ri Yonq-ho Çinə səfər etmək üçün ölkəsindən çıxıb. Oradan Azərbaycana gələcək. Şimali koreyalı nazir Bakıda "Qoşulmama hərəkatı"nın nazirlər səviyyəsində keçiriləcək konfransına qatılacaq.

Pxenyan hələlik nazirin kimlərlə görüşəcəyi barədə açıqlama verməyib. Amma Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl verdiyi açıqlamada Şimali Koreya xarici işlər nazirinin səfərinin baş tutması istiqamətində işlər gördüyünü bildirmişdi.

Politoloqlar Rinin Azərbaycan və Rusiya səfərinin Şimali Koreya lideri Kim Çen Inın keçən həftəki Çin səfəri ilə bağlı olduğunu, bundan əlavə, Şimali Koreyanın Kim Çen Inın Cənubi Koreya lideri Mun Çey İn və ABŞ prezidenti Donald Trampla bir araya gələcəyi zirvədən əvvəl digər ölkələrin dəstəyini almaq istədiyini deyirlər.

Əlaqədar

Almaniyada Şimali Koreya şoku: Ölkə hər an məhv edilə bilər
Avropa İttifaqından Şimali Koreyaya ağır zərbə
ABŞ - Şimali Koreya söz dueli davam edir: Tramp lap əndazəni aşdı
Belə getsə, Şimali Koreya ordusunda əsgər qalmayacaq
Teqlər:
Ri Yonq-ho, Kim Çen In, Şimali Koreya, xarici işlər naziri, Xarici İşlər Nazirliyi, Çin, Bakı, Rusiya, paytaxt, səfər, Azərbaycan

Əsas mövzular