12:58 06 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
İlham Əliyev VI Qlobal Bakı Forumun açılışında iştirak edir

Bakı 50-dən çox ölkənin 500-dək nümayəndəsinə ev sahibliyi edir

© Official website of President of Azerbaijan Republic
AZƏRBAYCAN
Qısa URL
36 0 0

İlham Əliyev VI Qlobal Bakı Forumun açılışında iştirak edir

BAKI, 15 mart — Sputnik. Azərbaycanın paytaxtında "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib. Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

Əlaqədar

İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Elşad Miraləm: “Bu forum Azərbaycanın imicinə böyük təsir göstərəcək”
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı
Teqlər:
VI Qlobal Bakı Forumu, "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması", İlham Əliyev, Azərbaycan, prezident

Əsas mövzular