13:13 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb

Raket və artilleriyamız atəş mövqelərinə çıxarıldı

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
AZƏRBAYCAN
Qısa URL
113 0 0

Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb

BAKI, 14 mart — Sputnik. Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

  • Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
    Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
    Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
    Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
1 / 3

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Əlaqədar

Türk ordusunun Afrin əməliyyatına dair mühüm bəyanat
Azərbaycan ordusundan böyük şücaət - VİDEO
Zakir Həsənov əsgərlərlə qol qaldırıb oynadı - MARAQLI VİDEO
Teqlər:
genişmiqyaslı təlimlər, qoşun növləri, Silahlı Qüvvələr, Azərbaycan ordusu, ordu

Əsas mövzular