21:53 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
174200

"Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası Hökumətinə bildiriş göndərilsin"

BAKI, 1 mart — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası Hökumətinə bildiriş göndərsin".

Əlaqədar

Prezident İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzaladı
Prezident fərmanda mühüm dəyişikliklər etdi
Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə
Azərbaycan daha bir NATO ölkəsi ilə hərbi əməkdaşlıq edəcək
Teqlər:
hərbi sahədə əməkdaşlıq, Moldova Respublikası Hökuməti, Azərbaycan Respublikası Hökuməti, fərman, saziş, İlham Əliyev, prezident

Əsas mövzular