10:33 27 Aprel 2018
Canlı yayım
İlham Əliyev, arxiv şəkli

İlham Əliyevdən sevindirici xəbər

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
345820

Prezident: "2018-ci ildə yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq"

BAKI, 10 yanvar — Sputnik. "2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur lahiyələrinin icrası davam etiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq: "Regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək".

Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən Prezident bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluq ilə bağlı müsbət nəticələr əldə olub və bu sahələrə diqqət davam etdiriləcək.

Əlaqədar

İlham Əliyev açılış etdi
Heydər Əliyev Fondu uşaqlar üçün bayram keçirib
İlham Əliyev bu şəxsləri fəxri ad, medal və ordenlə təltif etdi
İlham Əliyev: “Rusiya stabilləşdirici faktordur”
Əliyev: “Sumqayıt yolunda 24 saat kameralar işləyir”
Teqlər:
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, Nazirlər Kabineti, Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan

Əsas mövzular