19:20 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
63 0 0

Çantada bəyan edilməyən 4380 ədəd siqaret aşkar edilib

BAKI, 4 yanvar — Sputnik. Azərbaycana gələn şəxsin çantasında gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.

Baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

"Onları siqaret çəkdiklərinə görə cərimələmək hüququmuz yoxdur"
Siqaret çəkənlərin nəzərinə!!!
Siqaretdən istifadənin qadağan edildiyi yerlərin konkret SİYAHISI
Restoranlarda siqaret çəkilməsi necə tənzimlənəcək?
Siqaretdən istifadəni məhdudlaşdıran qanun qəbul olundu
Teqlər:
rentgen qurğusu, gömrük nəzarəti, "Sınıq Körpü", Dövlət Gömrük Komitəsi, siqaret

Əsas mövzular