02:52 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
AZƏRBAYCAN
Qısa URL
219 0 0

Adətən bəzən gələnlər gəzirlər

BAKI, 20 dekabr — Sputnik. Sosial şəbəkələrdə Şahdağ Turizm mərkəzində çəkilmiş video görüntülər paylaşılıb. Yayılmış video görüntü geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, kanat sıradan çıxdığı üçün turistlər arasında narazılıq yaranıb.

Məsələ ilə bağlı Sputnik Azərbaycan Şahdağ Turizm Mərkəzi ilə əlaqə saxlayıb. Bildirilib ki, mərkəzin ictimai nüfuzuna və müsbət işgüzar imicinə xələl gətirə biləcək video görüntülər vasitəsilə süni ajiotajın yaradılması turizm mərkəzini narahat edəir və təəssüfləndirir:

"Məlumat üçün bildirək ki, sayca altıncı qış mövsümünün açılışı 16 dekabr tarixində baş tutub və gün ərzində mərkəz 3000-dən çox turist qəbul edib. Növbəti gün – 17 dekabr tarixində mərkəzi daha çox – 4000-ə yaxın insan ziyarət etsə də, bu cür izdiham baş verməyib. Vurğulamaq istəyirik ki, turizm mərkəzi olaraq ən ümdə məqsədimiz qonaqlarımızın məmnunluğu ilə yanaşı, təhlükəsizliyini də ən yüksək səviyyədə təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən kanat yollarının istehsalçısı Avstriyanın dünya üzrə tanınmış "Doppelmayr" şirkətidir və şirkətin texniki təhlükəsizlik tələblərinə əsasən yuxarı qalxarkən 100%, aşağı enərkən isə 25% doluluq şərtinə mütləq surətdə riayət olunmalıdır. Nəticə etibarilə yuxarı qalxarkən 4 nəfər, aşağı enərkən isə hər bir kabindən biri boş olmaqla 2 nəfər otura bilər".

Məlumatda bildirlir ki, mərkəzə olan marağın və turistlərin sayının ilbəil artması çox sevindirsə də, təəssüflə bildirmək lazımdır ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər: "Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılıb, kanat yollarının sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradılıb. İstənilən halda "müştəri daima haqlıdır" prinsipini əsas tutaraq fəaliyyət göstərən mərkəz qonaqların rahatlığını təmin etmək, daim xidmət keyfiyyətini artırmaq üçün dayanmadan çalışır və gələcəkdə bu kimi halların baş verməməsi üçün daha ciddi təhlükəsizlik qaydalarının formalaşdırılması istiqamətində işlər görülür".

Əlaqədar

Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Nazirlik: Şahdağ Milli parkında yanğın lokallaşdırılıb
Şahdağ Milli Parkında yanğın başlayıb

Əsas mövzular