12:44 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
421 0 0

Şirniyyat Leonid Qaydayın o qədər xoşuna gəlir ki, onu filmdə çəkmək qərarı verir

BAKI, 9 dekabr — Sputnik. Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" komediyası sovet kinolentləri içərisində 10 ən yaxşı filmdən biri sayılır. Filmdə əsas qəhrəmanlardan olan Nina qaçırılandan sonra bir evdə saxlanılır və ona yemək üçün şirniyyat olaraq Qarabağ kətəsi gətirilir.

Bəs Qarabağ kətəsi filmə necə düşüb? Sputnik Azərbaycan xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bu epizodla bağlı facebook səhifəsində maraqlı məlumatı bölüşüb.

O bildirib ki, rejissor Leonid Qayday Azərbaycan mətbəxi ilə tanış imiş: “Onun Bakıya tez-tez səfəri olurmuş. Görüşlərin birində ona bu şirniyyatdan təqdim edirlər. O qədər xoşuna gəlir ki, Qarabağ kətəsini Qafqazda çəkiləcək yeni filmində mütləq göstərmək qərarına gəlir. Filmin çəkilişi zamanı Ninanın dayısı rolunu oynayan erməni aktyor Frunzik Mkırtçyan buna mane olmağa cəhd etsə də, Leonid Qayday sevdiyi şirniyyatı filmdə göstərməkdə qərarlı olur. Nəhayət, filmdə bu səhnə çəkilir və Qarabağ kətəsi ekranlarda görünür”.

“Leonid Qaydayın xanımı, məşhur aktrisa Nina Qrebeşkova "Brilyant əl" filminin çəkilişi zamanı Bakıda olarkən kətənin reseptini öyrənib” –fəlsəfə doktoru əlavə edib.

Əlaqədar

Novruz şirniyyatlarının zərərindən necə qurtulmalı?
Novruz bayramında hazırlanan şirniyyatların resepti
İnsan üçün həyati vacib 10 şirniyyat
Qarabağın göyərti kətəsinin resepti
Teqlər:
Nina Qrebeşkova, Frunzik Mkırtçyan, kətə, "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", dosent Zaur Əliyev, Leonid Qayday, film

Əsas mövzular