18:06 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
İvanka Tramp

ABŞ prezidentinin qızı azərbaycanlı qıza heyran qaldı

© REUTERS / Cathal McNaughton
AZƏRBAYCAN
Qısa URL
330 0 0

İvanka Tramp: "Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır"

BAKI, 29 noyabr — Sputnik. Prezident Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib. Sputnik Azərbaycan "Amerikanın səsi"nə istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, xanım Tramp çıxışında deyib:

"Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var: "Hər dəfə bir evi işıqlandır". Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx".

Məlumatda deyilir ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq — cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.

ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb.

ABŞ səfirliyi Reyhanın layihəsi barədə məlumat verib:

Tədqiqatlar göstərir kı, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan, öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb.

Qurğu dörd əsas hissədən ibarətdir: yağış suyunun kollektoru, su çəni, elektik generatoru və batareya. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisini yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Əlaqədar

Azərbaycanlı qız Rusiyada "Miss Cazibə" titulunu qazandı
"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava
Əzələləri ilə dünyanı heyran edən azərbaycanlı qız danışdı
Azərbaycanlı döyüşçü qız: "Biz kişilərə baxanda..."
Teqlər:
Reyhan, Tramp, İvanka Tramp, Hindistan, prezident

Əsas mövzular