MN: Ermənistan dövlət sərhədində təxribat törədib

© pixabay / Military_MaterialƏsgər atəşkəs
Əsgər atəşkəs - Sputnik Azərbaycan
Abunə olmaq
Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb

BAKI, 2 noyabr — Sputnik. Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki  mövqelərindən iriçaplı silahlardan atəşə tutulub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

Xəbər lenti
0