13:32 23 Oktyabr 2017
Canlı yayım
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü

Azərbaycan və Bolqarıstan prezidentləri arasında görüş keçirilib

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
10 0 0

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar

BAKI, 13 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu gün Rumen Radevin ölkəmizdə rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda, Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib. Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Sonra Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər. Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Prezident İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Əlaqədar

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Ərdoğanın Bakı səfərinin dəqiq tarixi açıqlandı
Azərbaycan prezidentinin Rusiyaya səfəri başa çatıb
AŞPA həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi məlum olub
Müdafiə naziri Belarusda səfərdədir
Teqlər:
respublika, Mehriban Əliyeva, İlham Əliyev, görüş, rəsmi səfər, Azərbaycan, Rumen Radev, prezident, Bolqarıstan

Əsas mövzular