CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sirli Cəlilabad: Açıq səma altındakı qədim abidə

© Sputnik / Rahim MuradovAtın basdırıldığı yer
Atın basdırıldığı yer - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbirdə insan skeletinin yanında at skeleti də aşkar edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Qədim dövrü özündə əks etdirən abidələr və onu aşkar edənlər.

Qədim abidələr və əşyalar tarixi proseslərin araşdırılmasında mühüm rol oynayan arxeoloji mənbələrdir. Bütün növ arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə əsasən bir neçə qrupa bölünür. Bunlar əmək alətləri, silahlar, məişət əşyaları, dini xarakterli əşyalar, bəzək əşyaları. Arxeologiya yunan dilindəki arxios (qədim) və loqos (söz, elm) sözlərindən əmələ gələn söz, tarix fənninə kömək edən və qədim maddi mədəniyyət nümunələrini öyrənən elmdir.

© Sputnik / Rahim MuradovRza Rzayev
Rza Rzayev - Sputnik Azərbaycan
Rza Rzayev

Elə şəxslər var ki, yaşadığı yerin tarixini üçün dəridən-qabıqdan çıxır. Belə şəxslər arxeoloji abidələri, mənbələri tapmaq üçün heç nəyi əsirgəmir, arxeoloqların qazıntılar aparması üçün illərlə iş görürlər. Cəlilabad rayonu Xanəgah kənd sakini Rza Rzayev də məhz elə insanlardandır. 1982-ci ildən tarix müəllimi işləyən Rza müəllimin arxeoloji tapıntılara həvəsi də o zamandan başlayıb. O, 1982-ci ildən aşkar etdiyi tarixi tapıntının aşkar edilərək elmi şəkildə öyrənilməsi üçün dəfələrlə AMEA-ya müraciət edib.

Rza müəllim bildirir ki, 1982-ci ildə rayonun Təzəkənd 2 saylı natamam orta məktəbinə tarix müəllimi və direktor təyin edilib: “Mən hələ orta məktəbdə oxuduğum vaxtlardan Cəlilabad ərazisində tarixi abidələrin olduğunu bilirdim. Kənd sakinləri əkin apararkən sınıq saxsı qablar və tunc xəncər aşkar etmişdilər. Mən axtarışı genişləndirib burdan qədim məişət əşyaları, ox ucluqlar və Parfiya dövlətinə məxsus gümüş sikkələr aşkar etdim və bütün arxeoloji tapıntıları rayon muzeyinə təhvil verdim. 1992-ci ildə mərhum professor Fərman Mahmudov buraya gələrək ərazidə tapılan qədim əşyaların hamısının neolit və eneolit dövrünə aid olduğunu sübut etdi".

© Sputnik / Rahim MuradovParfiya dövrünə aid sikkələr
Parfiya dövrünə aid sikkələr - Sputnik Azərbaycan
Parfiya dövrünə aid sikkələr

Rza müəllim qeyd edir ki, onun təkid və tələbi ilə nəhayət 2008-ci ildə AMEA-dan professor Abuzər Ələkbərov Xanəgah kəndində yerləşən Xudutəpə abidəsinin yerləşdiyi əraziyə göndərilib: "2010-11-ci illərdə Abuzər Ələkbərovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya Xudutəpədə kəşfiyyat xarakterli arxeoloji qazıntı işləri apardı. Qazıntılar zamanı aşkar olunan ilk qəbir "Möhrə qəbir" olub. “Möhrə qəbir” 30 sm hündürlükdə palçıq kərpicdən hörülən qəbirdir. Qəbrin yeri əvvəlcədən yandırılaraq təmizlənib. Bu da qəbrin paklaşdırılması üçün edilib. Qəbirdə aşkar edilən şəxs sağ böyrü üstə üzü günəşə doğru dəfn edilib və dəfn edilən insanın təxminən 2m 20sm boyu olub. Aşkar edilən qəbrin baş tərəfində müxtəlif sayda və ölçüdə su qabları tapılıb. Qəbrin yanında başqa bir saxsı qabda dağ keçisinin onurğası aşkar edilib. Dəfn edilənin yanında silahı – nizə və ox ucluqları, baş tərəfində isə at skeleti tapılıb. Bu da onu sübut edir ki, qədimdə monoteizm yayılmamışdan əvvəl insanlar axirət dünyasına inanırmışlar. Belə ki, həmin inanca əsasən, ölən şəxs o biri dünyada yenidən diriləcək və dirilən zaman onunla bərabər basdırılan silahlarından, yeməklərdən və atından belə istifadə edəcək. Xudutəpə süni şəkildə yaradılan təpədir və bura vaxtilə 3 tərəfdən su ilə əhatə olunub. Bu da ərazinin müdafiəsində böyük rol oynayıb".

© Sputnik / Rahim MuradovXudutəpə abidəsi
Xudutəpə abidəsi - Sputnik Azərbaycan
Xudutəpə abidəsi

Xudutəpə abidəsində tapılan şəxs sərkərdə və ya tayfa başçısı olub. Bunu sübut edən digər fakt isə ərazidə tapılan, çəkisi 5 kq olan, dairəvi formada mancanaqdan atılan daşdır.

"Ehtimal olunur ki, bu daş romalıların Atropatenaya hücum etdiyi vaxt mancanaqlardan atılan daşdır. Bundan əlavə, Xudutəpə ərazisində e.ə 57-37 illərdə hökmranlıq etmiş Parfiya hökmdarına məxsus gümüş pul – dirhəm tapılıb. Ərazidə tapılan pulları mən AMEA-ya təhvil verdim. Tapılan gümüş pulların dəqiq tarixi professor Əli Rəcəbli tərəfindən müəyyən edilib. Gümüş pul-dirhəmlərin ərazidə tapılması Parfiya ilə Atropatena arasında siyasi-iqtisadi və ticarət əlaqələrinin olmasını sübut edir. Qəbirdə tapılan kül topası oda sitayişin daha bir nümunəsidir. Xudutəpə abidəsini Azərbaycan alimlərindən başqa fransalı alimlər də ziyarət ediblər və ərazini Dünyanın Topoqrafik Xəritəsinə daxil ediblər. Fransadan olan arxeoloq Mişel xanım Xudutəpə abidəsinin mühüm tarixi abidə olduğunu xüsusi olaraq vurğulayıb" – deyə tarix müəllimi əlavə edib.

© Sputnik / Rahim MuradovYol kənarında aşkarladığımız insan kəllə sümüyünün qalığı
Yol kənarında aşkarladığımız insan kəllə sümüyünün qalığı - Sputnik Azərbaycan
Yol kənarında aşkarladığımız insan kəllə sümüyünün qalığı

Onu da bildirək ki, ərazi qədim arxeoloji tapıntılarla zəngindir. Rza müəllimlə Xudutəpə ərazisinə çəkilişə gedərkən yolun kənarında insan skeletinin kəllə sümüyünü aşkar etdik.

Xəbər lenti
0