02:14 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Çin Xalq Respublikasının Sədri Si Cinpin

Çin lideri Azərbaycan Prezidentini təbrik etdi

© REUTERS / Nicolas Asfouri
AZƏRBAYCAN
Qısa URL
19 0 0

Si Cinpin: "Azərbaycanın daha da qüdrətli olmasını və inkişaf etməsini arzulayıram"

BAKI, 26 may — Sputnik. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Çin Xalq Respublikasının Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, ən xoş arzularımı bildirirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir. Çin Hökuməti Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişaf sahələrində əldə etdiyi müvəffəqiyyətlərə sevinir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. "Bir kəmər-bir yol"un birlikdə yaradılması niyyətimizdən istifadə edərək, Sizinlə ikitərəfli münasibətlərimizin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığımızın yeni inkişafını birgə səylərimizlə irəlilətməyə hazıram.

Azərbaycanın daha da qüdrətli olmasını və inkişaf etməsini arzulayıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

Əlaqədar

Dövlət televiziyası prezidenti təbrik etdi
Prezident Azərbaycanın pravoslav icmasını təbrik edib
Prezidentdən qadınlara özünəməxsus təbrik
Rusiya rəhbərliyi Mehriban Əliyevanı təbrik etdi
Prezident İlham Əliyev 8 Mart münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib
Türkiyə prezidenti Mehriban Əliyevanı təbrik edib
Teqlər:
təbrik məktubu, Si Cinpin, Çin Xalq Respublikası, Azərbaycan Respublikası, İlham Əliyev, prezident

Əsas mövzular