09:04 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Azərbaycan Respublikası vətəndaşının pasportu

"Pasportlar haqqında" qanuna gözlənilən dəyişiklik edildi

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
612121

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə fövqəladə və səlahiyyətli ikinci dərəcəli elçi diplomatik rütbəsi veriləcək

BAKI, 2 may – Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmət haqqında" və "Pasportlar haqqında" qanunlara dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycanın xəbərinə görə, "Diplomatik xidmət haqqında" qanunun 9-cu (Diplomatik rütbələrin verilməsi qaydaları) maddəsində dəyişiklik edilməsi təklif olunur.

Bundan sonra Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə fövqəladə və səlahiyyətli ikinci dərəcəli elçi diplomatik rütbəsi veriləcək. Qanuna əsasən, fövqəladə və səlahiyyətli səfir, birinci və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir.

Bundan başqa, "Pasportlar haqqında" qanununa da dəyişiklik edilib. Dəyişikliklərə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə diplomatik pasportlar veriləcək.

Dəyişikliklər "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrası məqsədi daşıyır.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Milli Məclis siqaret müzakirələrinə son qoydu
Milli Məclisdə "mövzudan kənara çıxmaq" qadağası narazılıqlara yol açıb
Milli Məclisin plenar iclası keçirilir
Milli Məclisin plenar iclası keçirilir
Teqlər:
pasport, diplomat, Milli Məclis, qanun

Əsas mövzular