01:12 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
AZƏRBAYCAN
Qısa URL
4710

Bakı ermənisi Erik Xaçaturov "Ermənistan Azərbaycan Sülh Platforması"nın ofisinə baş çəkib

BAKI, 28 aprel — Sputnik. Aprelin 27-də "Ermənistan Azərbaycan Sülh Platforması"nın ofisində Bakı şəhərində anadan olmuş, lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycandan köçməyə məcbur olan Erik Xaçaturovla "Ermənistan Azərbaycan Sülh Patforması"nın həmkoordinatorları və vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü keçirilib.

Erik Xaçaturov 2017-ci il yanvarın 6-dan etibarən Ermənistan-Azərbaycan Sülh Platformasının üzvüdür.

Görüşdə Erik Xaçaturov onu bürüyən hisslər haqqında danışıb. 30 ildə Bakının daha da gözəlləşdiyini qeyd edən Xaçaturov, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hisslərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğulayıb.

Həmçinin Erik Xaçaturov münaqişədən əvvəl Bakıda ermənilərin azərbaycanlılarla necə mehriban yaşadıqları haqda danışıb və bu mövzuda öz xatirələrini bölüşüb. Xaçaturov qeyd edib ki, siyasətdən uzaq, sadə insanlar iki xalqın düşmənçiliyini heç zaman təsəvvür edə bilmirdilər və bu cür insanlar üçün öz doğma torpaqlarına dönmək imkanının olması ən vacib amildir.

Erik Xaçaturov yaradılan bu fürsətə görə Platformanın üzvlərinə, xüsusi ilə Orxan Nəbiyevə, Süzan Caginyana, Səidə Qocamanlıya, Novella Cəfəroğluna və Dilarə Əfəndiyevaya öz dərin minnətdarlığını bildirib.

Əlaqədar

"Sülh platforması"na yeni qoşulan var
Moldovalı politoloq "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
GATA sədri "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
Sülh Platforması qoşunların təmas xəttində gedən döyüşlərlə bağlı bəyanat yayıb
Teqlər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan Sülh Platforması, Orxan Nəbiyev, Novella Cəfəroğlu, Dilarə Əfəndiyeva, Səidə Qocamanlı, Süzan Caginyan, Erik Xaçaturov, Azərbaycan, Bakı

Əsas mövzular