QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Sadə insanlar üçün doğma torpaqlarına dönmək imkanının olması ən vacib amildir"

© Sputnik / Murad OrujovCело Гапанлы Тертерского района, фото из архива
Cело Гапанлы Тертерского района, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı ermənisi Erik Xaçaturov "Ermənistan Azərbaycan Sülh Platforması"nın ofisinə baş çəkib

BAKI, 28 aprel — Sputnik. Aprelin 27-də "Ermənistan Azərbaycan Sülh Platforması"nın ofisində Bakı şəhərində anadan olmuş, lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycandan köçməyə məcbur olan Erik Xaçaturovla "Ermənistan Azərbaycan Sülh Patforması"nın həmkoordinatorları və vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü keçirilib.

Erik Xaçaturov 2017-ci il yanvarın 6-dan etibarən Ermənistan-Azərbaycan Sülh Platformasının üzvüdür.

Görüşdə Erik Xaçaturov onu bürüyən hisslər haqqında danışıb. 30 ildə Bakının daha da gözəlləşdiyini qeyd edən Xaçaturov, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hisslərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğulayıb.

Həmçinin Erik Xaçaturov münaqişədən əvvəl Bakıda ermənilərin azərbaycanlılarla necə mehriban yaşadıqları haqda danışıb və bu mövzuda öz xatirələrini bölüşüb. Xaçaturov qeyd edib ki, siyasətdən uzaq, sadə insanlar iki xalqın düşmənçiliyini heç zaman təsəvvür edə bilmirdilər və bu cür insanlar üçün öz doğma torpaqlarına dönmək imkanının olması ən vacib amildir.

Erik Xaçaturov yaradılan bu fürsətə görə Platformanın üzvlərinə, xüsusi ilə Orxan Nəbiyevə, Süzan Caginyana, Səidə Qocamanlıya, Novella Cəfəroğluna və Dilarə Əfəndiyevaya öz dərin minnətdarlığını bildirib.

Xəbər lenti
0