07:40 30 May 2017
Canlı yayım
Генеральная прокуратура Азербайджанской Республики

Xalq yazıçısının oğlu işdən çıxarıldı

© Sputnik / Anar Mustafayev
AZƏRBAYCAN
Qısa URL
5610

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə tutduğu vəzifədən azad olunub

BAKI, 21 aprel — Sputnik. Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Əlaqədar

Baş Prokurorluq: Peterburq metrosunda baş verənlər terror aktıdır
Bir sürü it qıza hücum etdi: prokurorluq istintaqa başladı
Prokurorluq: Gənc yazarın intiharının səbəbləri məlum olub
Baş Prokurorluqdan KİV-lərə rəsmi xəbərdarlıq
Teqlər:
Baş Prokurorluq, Elçin Qəhrəmanov, Azər Vahabzadə, Azər Hətəmov, Eldar Sultanov, Zakir Qaralov, Tovuz, Şəmkir, Qobustan rayonu, Tərtər, Azərbaycan

Əsas mövzular