22:32 25 Aprel 2017
Canlı yayım
Manat

Manat əvvəlki gücünə qayıdır - hökumətdən rəsmi açıqlama

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
1046310

"Üzən məzənnəyə" keçid üçün zəmin yaranıb

BAKI, 18 apr — Sputnik. "Cari ilin ötən dövründə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, o cümlədən valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş tədbirlər üzən məzənnəyə keçid istiqamətində mühüm qərarlar qəbul edilməsinə zəmin yaradır". Bu barədə Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclasda bildirilib.

Qeyd edilib ki, ötən illərdə yaranmış və valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Valyuta bazarında sabitləşmə meyillərinin başlaması manatın məzənnəsinə adekvat təsir göstərib və bu, inflyasiyanın məqbul səviyyədə saxlanması və de-dollarlaşmanın (dollarsızlaşma — red.) başlanması üçün makroiqtisadi zəmin yaratmaqdadır.

Əlaqədar

Manatın yeni məzənnəsi ərzaq məhsullarının qiymətinə təsirsiz ötüşmədi
Onunla bir günlük həzz üçün 600 manatınızdan keçməlisiniz
Manat dollara qarşı bu səviyyədə sabitləşdirilir
Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı
Manatın xarici valyutalar qarşısındakı son vəziyyəti
Bankirdən proqnoz: "Manat bahalaşmaqda davam edəcək"
"Facebook" şərhinə görə 862 min manat məbləğində cərimələndi
Teqlər:
valyuta bazarı, maliyyə sabitliyi, makroiqtisadi, Artur Rasi-zadə, manat, dollar

Əsas mövzular