17:18 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
“Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokolun imzalanması

Azərbaycan, Rusiya və Qazaxıstan arasında protokol imzalandı

© Foto: mod.gov.az
AZƏRBAYCAN
Qısa URL
1701

"Dəniz Kuboku - 2017" beynəlxalq müsabiqəsinin işçi görüşünün protokolu imzalanıb

BAKI, 17 mart — Sputnik. Bu gün Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan "Dəniz kuboku — 2017" beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sənəddə yarışlarda iştirak edəcək ölkələrin suüstü gəmilərinin heyətləri arasında dəniz vərdişləri üzrə müsabiqənin keyfiyyətli təşkili və keçirilməsi məsələləri əks olunub. Protokolda müsabiqənin təşkil olunacağı yerə baxışın keçirilməsi, maddi-tədris bazasının hazırlanması, iştirakçıların, o cümlədən müxtəlif nümayəndələrin qarşılanması, yerləşdirilməsi, təminatı və yola salınması, həmçinin bir sıra digər məsələlər nəzərdə tutulur.

Əlaqədar

Hərbi dənizçilərlə görüş olub
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Hərbi Dəniz Qüvvələrində irimiqyaslı təlimlər keçirilir
Hərbi Dəniz Qüvvələrində toplantı keçirilib
Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatıb
ABŞ Hərbi Dəniz Qüvvələri bu yay super silahdan istifadə etməyi planlaşdırır
Teqlər:
"Dəniz kuboku - 2017", Qazaxıstan, Hərbi Dəniz Qüvvələri, Rusiya, Azərbaycan, protokol

Əsas mövzular