10:33 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
AZƏRBAYCAN
Qısa URL
1101

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb

BAKI, 13 fev — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Sputnik Azərbaycan-ın AZƏRTAC-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Ştaynmayer,

Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir.
Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Əlaqədar

İlham Əliyev Mixeil Canelidzeni qəbul edib
İlham Əliyev: “Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açırıq”
İlham Əliyev Federika Moqerini ilə görüşüb
İlham Əliyev Brüsseldə AŞPA-nın sabiq prezidenti ilə görüşüb
İlham Əliyev Belçikada Xurşidbanu Natəvanın abidəsini ziyarət edib
Prezident İlham Əliyev Belçikaya səfər edib
Teqlər:
Frank Valter-Ştaynmayer, məktub, təbrik, İlham Əliyev

Əsas mövzular