Bakının arxitekturası Avrokomissiyanın baş direktorunda dərin təəssürat yaradıb

© Sputnik / Murad OrujovБакинский государственный университет, фото из архива
Бакинский государственный университет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Avropa Komissiyasının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 30 yan — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ilk dəfə ölkəmizə səfər etdiyini, paytaxtımızın arxitekturasının, xüsusilə də Heydər Əliyev Mərkəzinin gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla vurğulayıb. 

İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev Con Şapironu qəbul edib

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji, həmçinin TAP, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən danışıb, bütün bu sahələrdə həyata keçirilən mühüm layihələrin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd edib.

Danielson Azərbaycanda görülən işlərin Avropa-Azərbaycan əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0