02:57 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
2201

Müdafiə naziri: "Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik"

BAKI, 17 dek — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı Türkiyə Respublikasının milli müdafiə naziri Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb. Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, məktubda deyilir:

"Qardaş Türkiyə Respublikasının Kayseri şəhərində baş vermiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Əlaqədar

Türkiyədə terror qurbanlarının sayı artır
Türkiyə terroru ilə bağlı müdhiş plan
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi
Baş nazir: "Terrorçuları sevindirməyəcəyik"
Zakir Həsənov erməni təxribatları ilə bağlı amerikalı generalı məlumatlandırdı
Kayseri terrorunun təfərrüatları ortaya çıxdı: 13 şəhid, 48 yaralı
Teqlər:
başsağlığı, terror, Kayseri, Hulusi Akar, Fikri Işık, Türkiyə, Zakir Həsənov, müdafiə naziri, Azərbaycan

Əsas mövzular