22:02 25 May 2017
Canlı yayım
İsrailin baş naziri Benyamin Netanyahu

Növbə müsəlman dünyasının iki vacib ölkəsinə çatdı

© Sputnik / Aleksey Nikolsky
AZƏRBAYCAN
Qısa URL
226721

Benyamin Netanyahu: "Məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətlərimizi gücləndirməkdir"

BAKI, 13 dek — Sputnik. "Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətlərimizi gücləndirməkdir". 

Sputnik xəbər verir ki, bu sözləri Azərbaycana rəsmi səfərə gəlməmişdən qabaq, İsrailin baş naziri Benyamin Netanyahu deyib. O, həyat yoldaşı Sara Netanyahu ilə birlikdə İsrailin hava limanında jurnalistlər üçün brifinq keçirib.

"Yəqin ki, vaxtaşırı İsrailin siyasi təcriddən əziyyət çəkdiyi barədə eşidirsiniz. Amma bunun əksi olaraq, ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra, indi növbə müsəlman dünyasının vacib ölkəsinə çatıb" — deyə Netanyahu bildirib.

O, ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, bugünkü səfərini də davamlı və vacib irəliləyiş adlandırıb.

Netahyahunun Azərbaycan səfəri diplomatik əlaqələri inkişaf etdirmək baxımından əhəmiyyət kəsb edir. O, burada keçirdiyi görüşlər zamanı regional, diplomatik, təhlükəsizlik və iqtisadi məsələləri müzakirələr aparacaq.

İsrailin baş naziri Azərbaycan prezidenti İlham Əliyevlə Zaqulbadakı iqamətgahında görüşəcək. Burada onlar arasında ətraf mühitin mühafizəsinə dair müqavilə, həmçinin Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin tərəfindən standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq.
Baş nazir Şəhidlər Xiyabanına ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq. O, təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner" yəhudi icmasının təhsil aldığı təhsil kompleksində olacaq, yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Netanyahu sabah Bakıdan Qazaxıstana yollanacaq. O, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Astanadakı Akorda sarayında görüşəcək.

Əlaqədar

Benyamin Netanyahu İlham Əliyevlə Zaqulbada görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək
Obama Netanyahu ilə nədən danışdı
Netanyahu: İran razılaşmadan gələn milyardları terrora yönəldəcək
Obama Netanyahunu Vaşinqtona çağırıb
Teqlər:
Bakı, Netanyahu, səfər, İsrail, Qazaxıstan, Azərbaycan

Əsas mövzular