18:03 25 İyun 2018
Canlı yayım
  • RUB0.0269
  • USD1.7000
  • EUR1.9810
Председатель Совета печати АР Афлатун Амашов в ходе V Всемирного конгресса новостных агентств в Баку

Əflatun Amaşov: Rusiya mediasının İŞİD-lə eyniləşdirilməsi dözülməzdir

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
450 0 0

Azərbaycan Mətbuat Şurasının sədri deyir ki, Rusiya mediası Qərb mediasından fərqli olaraq alternativ fikir formalaşdırır

BAKI, 24 noy — Sputnik. “Avropa Parlamentinin Rusiya mediasına qarşı qəbul etdiyi qətnamə söz və ifadə azadlığı kontekstində dəyərləndirilməli hadisədir. Mən beynəlxalq praktikada belə bir halın olduğunu xatırlamıram. Belə bir addım Rusiya yox, başqa bir ölkənin mediasına qarşı atılarsa belə yenə yanılnış yanaşma kimi qiymətləndirilməlidir”,- Azərbaycan Mətbuat Şurasının sədri, Millə Məclisin deputatı Əflatun Amaşov Avropa Parlamentinin "Russia Today" və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin qitədəki fəaliyyətini dayandırmağı nəzərdə tutan qətnaməsinə münasibət bildirərkən belə deyib. 

O, Sputnik-ə açıqlamasında deyib ki, Rusiya mediasının öz ölkəsinin maraqlarını nəzərə alaaraq fəaliyyət göstərməsi anlaşılandır.

“Rusiya mediası Qərb mediasından fərqli olaraq alternativ fikir formalaşdırır. Mnəcə, ona qarşı sırf siyasi müstavidə qərar qəbul edilməməlidir. Avropa Parlametni bu qətnaməsi ilə söz azadlığına adekvat olmayan addım atıbdır. Rusiya mediasına qarşı mübarizəni İŞİD terroruna müqavimətlə eyniləşdirilməsi dözümsüzlük münasibətindən başqa bir şey deyil. Bu, eyni zamanda Avropa institutlarının söz və ifadə azadlığı ilə bağlı baxışlarına tam ziddir. Rusiya medasının informasiya müharibəsində üstün olduğunu etiraf edirlərsə, buna qarşı tutarlı alternativ ortaya qoyulmalıdır. Çünki qadağa və senzura çıxış yolu ola bilməz. Avropa Parlamentinin bu qətnaməsi çox xoşagəlməz, pis presedentdir”,-deyə Əflatun Amaşov bildirib.

Sputnik informasiya agentliyi və radiosu KİV-in azadlığına tərəfdar çüxan Avropa və Amerika təşkilatlarına məktub ünvanlayıb. Məktubda Sputnik, 23 noyabr 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən qəbul edilmiş "AB-nin strateji kommunikasiyaları üçüncü tərəflərin təbliğatına qarşı əks tədbir kimi" qətnaməsinin nəticələrinə qarşı addımlar atmağa çağırıb.

Əsas mövzular