Azərbaycan Prezidenti Tailand Baş nazirinə başsağlığı verdi

Abunə olmaq
İlham Əliyev: "Kral Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi"

BAKI, 14 okt — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Tailand Krallığının Baş naziri Zati-aliləri General Prayut Çan-o-çaya məktub ünvanlayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir! Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xəbər lenti
0