18:33 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
26 0 0

"Manas" Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

BAKI, 16 sen-Sputnik. MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 16-da başa çatıb.

"Manas" Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Qırğız Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Xatırladaq ki, bu gün Bişkekdəki "Ala-Arça" dövlət rezidensiyasında Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının yubileyi — 25-ci iclası keçirilib.

İclasda 6 ölkənin — Azərbaycanın, Ermənistanın, Belorusiyanın, Qazaxıstanın, Rusiyanın və Tacikistanın prezidentləri iştirak ediblər.

Türkmənistanı Nazirlər Kabineti sədrinin müavini, Moldovanı baş nazir, Özbəkistanı xarici işlər naziri, Ukraynanı isə səfir təmsil edib.

Prezidentlər gündəlikdəki 15 məsələni müzakirə ediblər.

Sammit sənədlərin imzalanması mərasimi ilə başa çatıb.

Əlaqədar

Prezidentlərin Bişkek sammiti başlayıb
Vladimir Putin Qırğızıstana səfər edib
Teqlər:
MDB Dövlət Başçıları Şurası, MDB, Rusiya prezidenti Vladimir Putin, İlham Əliyev

Əsas mövzular