04:44 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
AZƏRBAYCAN
Qısa URL
1142410

Azərbaycan və daha 4 ölkə Ermənistanın lavaş iddiası ilə bağlı UNESCO-ya şikayət edib.

BAKI, 9 iyul — Sputnik. Ermənistanın lavaşı “Ermənistanda lavaş” adı altında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına saldırmasına Azərbaycan və daha 4 ölkə etiraz edib.

Sputnik-in Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı birlikdə sənəd hazırlayaraq, UNESCO-ya təqdim edib.

UNESCO-nun beş ölkənin hazırladığı “İncə Çörək Bişirmə və Paylaşma Mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” adlı sənədlə əlaqədar qərar verəcəyi tarix də məlum olub. UNESCO 28 noyabr — 2 dekabr 2016-cı il tarixlərində Efiopiyada keçiriləcək Mədəni Miras 11-ci Hökumətlərarası Komitə Toplantısında məsələni müzakirəyə çıxararaq yekun qərar verəcək.

Qeyd edək ki, bu, Ermənistanın lavaşla bağlı təşəbbüsünə ilk etiraz deyil. Ermənistan ilk dəfə UNESCO-ya lavaşın “Ermənistan çörəyi lavaş” adı altında Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması təşəbbüsü ilə çıxış edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını “Ermənistanda lavaş” olaraq dəyişdirib. Azərbaycan və digər 4 ölkənin hazırladığı birgə sənəddə isə lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu vurğulanır.

Teqlər:
lavaş, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısı, UNESCO, İran, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Azərbaycan

Əsas mövzular