01:14 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən təntənəli hərbi parad. Arxiv şəkli

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür

© Foto: Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
106902

26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı

BAKI, 26 iyun — Sputnik. Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıb. Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən, Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumətin tərkibində təsis edilmiş Hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. İkinci hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı.

Azərbaycan ordusunun rəsmi keçidi
© Wikipedia /
Azərbaycan ordusunun rəsmi keçidi

Xatırladaq ki, Əlahiddə Azərbaycan Korpusunun əsasını bir vaxtlar çar ordusunda xidmət etmiş azərbaycanlılardan ibarət "dikaya diviziya" adlandırılan hərbi birləşmənin əsgərləri təşkil edirdi. İkinci hökumətin tərkibində əfsanəvi generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski nazir müavini olub.

Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi və onun zabitləri repressiyaya məruz qaldılar. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. General-leytenant Valeh Bərşadlı Azərbaycanın ilk müdafiə naziri oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin ordusu
azhistorymuseum.az
Azərbaycan Xalq Cümhuriyyətinin ordusu

1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev hərbi paradlarda çıxış edib.

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.

Əlaqədar

Azərbaycan ordusu necə yarandı?
Ordumuzun mövqeləri atəşə tutulub
"300 magistra möhlət hüququ verməklə ordumuzun qüdrəti azalası deyil"
Azərbaycan ordusu düşmənin mövqelərinə cavab zərbəsi endirib
Azərbaycan ordusu genişmiqyaslı hücuma hazırlaşır?
Azərbaycan ordusu Ermənistana "sürpriz" hazırlayır
Teqlər:
Azərbaycan Milli Ordusu, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Silahlı Qüvvələri, hərbi, ordu

Əsas mövzular