01:51 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Helikopter

Azərbaycan Rusiyadan yeni hərbi helikopterlər alıb

© РИА Новости.
AZƏRBAYCAN
Qısa URL
23611

Yaxın 1 ildə Moskva Bakıya özüyeriyən artilleriya qurğuları, reaktiv atəş sistemləri və digər hərbi texnika satacaq. Ekspertlərin hesablamalarına görə, bu il ərzində Rusiyanın Azərbaycana satacağı silahların məbləği 1 milyard dollar təşkil edəcək.

BAKI, 21 apr — Sputnik. Azərbaycan mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində "Rusiya helikopterləri" holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri alıb. Sputnik-in xəbərinə görə, bu barədə Rusiyanın Kommersant qəzeti məlumat dərc edib.

Məlumata görə, "Rusiya helikorterləri" 2015-ci ilin maliyyə hesabatlarını açıqlayıb. Şirkət 2015-ci il ərzində 212 helikopter satıb ki, bu say əvvəlki illə müqayisədə 59 ədəd azdır. Lakin valyuta kurslarının kəskin dəyişməsi və ixrac sifarişləri ilə bağlı holdinq, gəlirlərini 50 milyard rubl, xalis gəlirini isə iki dəfə artıra bilib.

Holdinqin BMHS üzrə (Beynəlxalq Maliyyə Hesabatları Standartları) açıqladığı hesabata görə, 2015-ci ildə "Rusiya helikorterləri"nin gəlirləri 220 mlrd. rubl olub. Bunun da 177 mlrd. rublunu helikorterlərdən gələn gəlirlər təşkil edib, satışdan sonrakı xidmətlərin dəyəri isə 38,3 mlrd. rubl olub. EBITDA (Earnings Before Interest, Taxes, Depreciation and Amortization — faizlərin, vergilərin və amortizasiya xərclərinin çıxılmasından əvvəlki gəliri göstərən analitik göstərici) üzrə bu rəqəm 65,6 mlrd. rubla qədər, gəlir isə demək olar ki, 104% — 20,7 mlrd-dan 42,4 mlrd. rubla qədər artıb.

"Yüksək nəticələrin əldə olunmasına rublun devalvasiyası və valyuta ilə bağlanmış ixraca yönəlik sifarişlər portfeli təsir göstərib" — deyə holdinqin baş direktoru Aleksandr Mixeyev bildirib.

"Ъ" agentliyinin məlumatına görə, 2015-ci ildə "Rusiya helikopterləri" sifarişçilərə 212 helikopter satıb ki, onların da böyük əksəriyyəti hərbi sifarişlərdir. Hərbi-texniki əməkdaşlığın xətti ilə əvvəl bağlanmış müqavilələrə əsasən Hindistana Mi-17В-5 (23 ədəddən az olmayaraq) və 6 ədəd modernləşdirilmiş Ka-31 satılıb. İndoneziya, Banqladeş, Peru, İraq, Şri-Lanka və Kuba holdinqdən modifikasiya olunmuş "Mi-171" helikopterləri satın alıb. Cənubi Koreya 3 ədəd Mi-172 sərnişin helikopteri, Azərbaycan 6 ədəd hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri, Əlcəzair 6 ədəd ağır Mi-26T2 alıb.

2015-ci ildə "Rusiya helikopterləri"nin əvvəlki ilə nisbətən 59 ədəd az satılmasını Mixeyev dünya bazarında baş verən tendensiya ilə izah edib. Onun sözlərinə görə, hazırda dünyanın helikopter bazarında hərbi büdcələrin ixtisarı ilə əlaqədar olaraq potensial sifarişçilərin sayı azalıb.

"Biz düşünürük ki, bu proses hələ uzunmüddətli perspektivdə də davam edəcək. Bu fonda mürəkkəb beynəlxalq siyasi vəziyyət nəzərə alınmaqla biz satışların gələcək həcmini kifayət qədər mühafizəkar qiymətləndiririk və mülki təyinatlı maşınların satışının artımına ümid edirik", — deyə o bildirib.

"Ъ"-ın mənbəsi qeyd edib ki, 2015-ci ildə "Rusiya helikopterləri" satışdan sonrakı xidmət sistemini və xidmət mərkəzləri şəbəkəsini fəal şəkildə inkişaf etdirməyə başlayıb. Artıq Misir və İranda iki xidmət mərkəzi açıb. Analoji layihələr Çin, Peru, Hindistan, Qazaxıstan, Cənubi Koreya və Braziliyada həyata keçirilir.

"İstismarçılar hələ ki, istifadəyə yararlı olan köhnəlmiş helikopterləri sertifikatlaşdırılmış mərkəzlərdə təmir etdirməkdə maraqlıdırlar", — deyə Mixeyev bildirib.

Holdinqin məlumatına görə, 2015-ci ilin sifariş portfelində 494 helikopter var və onların qiyməti 396,1 mlrd. rubldur. 2016-cı ildə bu sifarişlərin hamısı 100% yerinə yetiriləcək. 2016-cı ildə məhsulların Çinə (Ka-32AА11VS və Mi-171E), Əlcəzairə (Ми-28NE), Pakistana (Mi-35M) və Serbiyaya (Mi-17V-5) göndərilməsi panlaşdırılır.

"Eksport voorujeniy" ("Silahların ixracı") jurnalının baş redaktoru Andrey Frolov hesab edir ki, Suriya və İraqdakı vəziyyət ola bilsin, helikopter bazarını silkələsin. Söhbət Rusiyada qadağan olunmuş, İŞİD terrorçuları ilə mübarizədə istifadə olunan Mİ-28H və Ka-52 helikopterlərinin bazarından gedir.

"Ola bilsin, onların fəaliyyəti bu məhsullara Yaxış Şərq ölkələri və MDB ölkələri bazarında tələbatı artırsın", — deyə Frolov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan etmişdi ki, Rusiya Azərbaycana silah və hərbi texnika satmaqda davam edəcək. Roqozin müqavilədə nəzərdə tutulduğu kimi, 2017-ci ilə qədər bütün hərbi məhsulların Azərbaycana veriləcəyini deyib.

Yaxın 1 ildə Moskva Azərbaycana 3 T-90C batalyonu və 3 PDM-3 batalyonu (100 ədəd), həmçinin özüyeriyən artilleriya qurğuları, reaktiv atəş sistemləri və s. satacaq. Ekspertlərin hesablamalarına görə, bu il ərzində Rusiyanın Azərbaycana satacağı silahların məbləği 1 milyard dollar təşkil edəcək.

Azərbaycan 2000-ci illərdən başlayaraq Rusiyadan fəal şəkildə silahların alışına başlayıb. Bu sahədə ən irihəcmli müqavilə 2010-cu ilin əvvəllərində imzalanıb və onun həcmi 4 milyard dollardan çox olub.

Həmin müqaviləyə əsasən, Bakı 100-ə yaxın Т-90С, 100 PDM-3, 18 SAU 2C19М1 "Msta-S", 18 SAU 2S31 "Vena", 18 PСЗО 9А52 "Smerç", həmçinin 18 ağır odsaçan sistem ТОС-1А "Solntsepek", 10 ədəd "Xrizontema- C" özüyeriyən tank əleyhinə kompleks zirehli maşını, həmçinin 300 PZRK "İqla-С" 1500 raket döyüş kompleksi və böyük mühəndis-minaaxtaran texniki dəsti alıb.

Bununla yanaşı, Azərbaycana iki diviziya uzaqvuran zenit raket sistemi С-300, PMU-2 "Favorit" və bir neçə "Тор-М2Э" zirehli zenit kompleks batareyası verilib. Azərbaycan Silahlı Qüvvələri 60 ədəd Ми-17 nəqliyyat vertolyotları və 24 ədəd Ми-35М zərbə vertolyotları alıb.

Əlaqədar

Rusiyada sərnişin helikopteri qəzaya uğrayıb
ABŞ helikopteri qəzaya uğradı
Kəşmirdə Hindistan helikopteri qəzaya düşdü
HHQ döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib
Liviyada helikopter vuruldu
Azərbaycan-Türkiyə təlimlərinə yeni helikopter və təyyarələr qoşulub
ABŞ-da hərbi helikopter qəzaya uğrayıb
Teqlər:
Rusiya, Azərbaycan, hərbi, "Rusiya helikopterləri" holdinqi, helikopter, hərbi-texniki əməkdaşlıq

Əsas mövzular