BAKI, 8 dek-Sputnik. Rusiya Ermənistandakı hərbi bazalarından birini hücum və yük helikopterləri ilə zənginləşdirir.
Sputnik-in məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamada İrəvan yaxınlığında olan Erebuni bazasına 7 ədəd Mi-24 və Mi-8 helikopteri göndərildiyi bildirilib.
Bu bazaya bu ilin sonuna qədər daha bir qrup helikopterin də göndəriləcəyi xəbər verilib. Bundan sonra "hava qrupu"nun uçuşları planlaşdırılıb.
Rusiyanın 1995-ci ildə qurulan Erebuni bazasında 1998-ci ildən bəri MiG-29 bombardımançı təyyarələri var. Bununla yanaşı Rusiyanın, Ermənistanda Türkiyə sərhəddinə yaxın Gümrü şəhərində də bir hərbi bazası var.