05:48 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Azərbaycan Prezident Administrasiyasının binası
© Sputnik / Murad Orujov

Azərbaycan yeni idarəçilik sisteminə keçir

AZƏRBAYCAN
Qısa URL
590 0 0

Fəzail Ağamalı: "Olduqca çevik, konkret sahələrə rəhbərlik edən, onun fəaliyyətini tənzimləyən qurumlar yaradılacaq və bu qurumlar da idarəçilik sisteminə öz müsbət təsirini göstərəcək"

BAKI, 12 apr — Sputnik. Aprelin 11-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutan fərmana əsasən, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı isə Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Sputnik-ə açıqlamasında bildirib ki, oxşar islahatlar bundan sonra da davam edəcək: "Ölkə Prezidenti artıq keçən ilin son aylarından başlayaraq iqtisadi, siyasi, hüquqi, sosial sahələrdə olduğu kimi, idarəçilik sistemində də dərin islahatlara start verib. Bununla bağlı ölkə Prezidentinin imzaladığı sənədlər öz əhəmiyyətini və konkret nəticələrini bütün sahələrdə göstərməkdədir. Bu sahədə də islahatlar davam edir və onlar bundan sonra da prezidentin ayrı-ayrı sərəncamlarında öz əksini tapacaq".

"Beləliklə, ölkəmizdə olduqca çevik, konkret sahələrə rəhbərlik edən, onun fəaliyyətini tənzimləyən qurumlar yaradılacaq və bu qurumlar da idarəçilik sisteminə öz müsbət təsirini göstərəcək", —deyə deputat bildirib.

İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə isə, yeni qurumun formalaşmasında əsas məqsəd büdcə vəsaitlərinə qənaət etməkdir: "Dövlət qurumundan fərqli olaraq, publik hüquqi şəxslərin kənardan maliyyə cəlb etmək imkanları var. Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına və büdcə ayırmalarının azalmasına səbəb olur ki, bu da qənaət baxımından məqsədə uyğundur. Digər üstünlük ondan ibarətdir ki, qərarların qəbul edilməsi daha çevikdir. Bu da qərarların qəbul edilməsi baxımından manevr imkanlarını genişləndirir".

"Amma publik hüquqi şəxsə çevrilməsi heç də onun şəffaflığını azaltmır. Publik hüquqi şəxs özəl qurum deyil. İdarə heyəti ölkə Prezidenti tərəfindən təyin olunur və o, dövlət qarşısında, eləcə də Prezident qarşısında hesabatlıdır. Ona görə güman edirəm ki, yeni qurumun formalaşmasında məqsəd həm büdcə vəsaitlərinə qənaət etmək, həm də daha çevik qərarların verilməsi prosedurunu formalaşdırmaqdan ibarətdir", —deyə V. Bayramov əlavə edib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə və Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Əlaqədar

Prezident Məleykə Abbaszadəni yüksək vəzifəyə təyin etdi
"İnkişaf etmiş ölkələrin heç biri neft və qazla zəngin deyil"
Aztəminatlı əhali mənzillə təmin ediləcək?
Ölkədə nəğd pul böhranı başlayır
Azərbaycanda 132 bankomat ləğv edilib
Teqlər:
Ana Vətən Partiyası, Dövlət İmtahan Mərkəzi, publik hüquqi şəxs, Fəzail Ağamalı, Prezident İlham Əliyev, Vüqar Bayramov

Əsas mövzular